Mobil versiya
Mikayıl Cabbarov: Dövlət olaraq birgə investisiyalardan çəkinmirik
Tarix: 22-09-2025 | Saat: 10:37
Bölmə:İqtisadiyyat | çapa göndər

Mikayıl Cabbarov:

Dövlətin iqtisadi fəallığın təşviqi ilə bağlı rolunun davamlı olması istiqamətində əsas funksiyamız sabit makroiqtisadi və fiskal çərçivəni qorumaqdır.

aia.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İnvestisiyalar baxımından getdikcə daha çox dövlət-özəl tərəfdaşlıq (PPP) modellərinin tətbiqini görəcəyik”, - deyə nazir əlavə edib.

O bildirib ki, bu zaman dövlət yalnız sabitləşdirici rol oynamır, həm də müəyyən dərəcədə inkişaf etdirici və hətta birgə investor kimi çıxış edir:

“Bu kontekstdə qeyd edim ki, biz birgə investisiyalardan çəkinmirik. Bunun üçün müxtəlif mexanizmlər mövcuddur: bəziləri dost ölkələrlə birgədir, bəziləri isə suveren əsasda fəaliyyət göstərir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-09-2025