Mobil versiya
Sərxoş halda söyüş söyən ANAMA-nın vəzifəli şəxsləri həbs edildi
Tarix: 12-09-2025 | Saat: 12:40
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sərxoş halda söyüş söyən ANAMA-nın vəzifəli şəxsləri həbs edildi

Laçında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəhbərləri həbs ediliblər.

aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə sentyabrın 11-i Laçın şəhərinin mərkəzində baş verib.

ANAMA-da bölmə rəisi işləyən 1985-ci il təvəllüdlü S.Məmmədovun (şərti) idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sərxoş vəziyyətdə olan və sürücülük kəmərindən istifadə etməyən sürücü ilə onun yanında əyləşən, spirtli içkinin təsiri altında olan 31 yaşlı sərnişin T.Qurbanov ucadan səs-küy salmağa, söyüş söyməyə başlayıblar.

İctimai asayişi pozan şəxslər saxlanılaraq bölməyə aparılıblar. Burada onların ikisinin də ANAMA əməkdaşı olmaları, həmin qurumda bölmə rəisi vəzifəsində çalışmaları müəyyənləşib.

Barələrində inzibati protokol tərtib edilən şəxslər Laçın Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs ediliblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-09-2025