Mobil versiya
Bəzi "iPhone" modellərinin satışı dayandırıldı
Tarix: 10-09-2025 | Saat: 12:06
Bölmə:İqtisadiyyat | çapa göndər

Bəzi "iPhone" modellərinin satışı dayandırıldı

Dünyada məşhur texnologiya nəhəngi “Apple” bir neçə smartfon modelini özünün internet mağazasından çıxarıb.

aia.az xəbər verir ki, şirkət 2023-cü ildə buraxılan “iPhone 16 Pro” və “iPhone 16 Pro Max”, “iPhone 15” və “iPhone 15 Plus” flaqman modellərinin satışını dayandırıb. Hazırda “Apple” şirkətinin rəsmi satışda olan smartfon seriyasına “iPhone 17”, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və tamamilə yeni model olan “iPhone 17 Air”, həmçinin “iPhone 16”, “iPhone 16 Plus” və “iPhone 16e” daxildir

Qeyd edək ki, “Apple” adətən hər il yeni flaqman modellərini təqdim edir və əvvəlki nəsil cihazların satışını dayandırır. Buna baxmayaraq, satışdan çıxarılan “iPhone” modellərini dünya üzrə pərakəndə satış şəbəkələrində tapmaq mümkündür.

Xatırladaq ki, “Apple” sentyabrın 9-da “iPhone 17” seriyasını təqdim edib. Yeni seriyaya “iPhone 17”, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və tamamilə yeni cihaz olan “iPhone 17 Air” daxildir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2025