Mobil versiya
Professor Qafar Cəbiyevin 75 illik yubileyi ilə əlaqədar görüş keçirildi -Fotolar
Tarix: 27-08-2025 | Saat: 10:50
Bölmə:Gündəm | çapa göndər

Professor Qafar Cəbiyevin 75 illik yubileyi ilə əlaqədar görüş keçirildi

2025-ci il avqustun 26-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində Əməkdar jurnalist, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin 75 illik yubileyi ilə əlaqədar görüş keçirilmişdir.
AzQAC-ın prezidenti, millət vəkili Novruz Aslanov respublikada xüsusi hörmət qazanmış tanınmış alim, jurnalist, ictimai xadim Q.Cəbiyevi ona Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsayılı üzvləri və şəxsən, öz adından 75 illik yubileyi münasibətilə səmimi təbriklərini çatdırmışdır.

Natiq xüsusilə bildimişdir ki, Qafar Cəbiyev həm məhsuldar tarixçi alim, həm də istedadlı qələm sahibi kimi Azərbaycan elminə və mətbuatına böyük töhfələr vermişdir. Onun xüsusilə arxeologiya sahəsindəki elmi araşdırmaların Azərbaycan elm tarixinin parlaq səhifələrini təşkil edir.

Təsadüfi deyildir ki, onun mətbuat, elm və ictimai sahədəki uğurlu, məhsuldar fəaliyyəti Respublika rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Dövlət başçısının Sərəncamı ilə O, “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür.

Eləcə də yubilyarın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar, xeyirxah missiyasına daim diqqətlə yanaşması və tədbirlərində fəal iştirak etməsi biz ayparaçalılar tərəfindən yüksək dəyərləndirilir.
Sonra, söz alan AzQAC-ın vitse-prezidenti, əməkdar jurnalist Qafar Əsgərzadə Qafar Cəbiyevin həmçinin, bir pedaqoq kimi də gənc nəslin təlim-tərbiyəsində önəmli rol oynamasını, xüsusilə, dəfələrlə Milli Televiziya və Radio Şurasının tərkibində olmasının, peşəkar və yaradıcı şəxs kimi respublikada fəaliyyət göstərən milli və özəl televiziya və radio efirlərində milli-mənəvi dəyərlərin, milli tariximizin, ədəbi dilimizin aşınlanmasına öz dəyərli tövsiyələrini və təkliflərini verməsi barədə məlumat vermiş, yubilyara öz təbriklərini ünvanlandırmışdır.

Sonda, Qafar Cəbiyev ona ünvanlanmış təbriklərə, xoş sözlərə görə minnətdarlığını bildirmiş, çıxışında Azərbaycan tarixindən, keçdiyi həyat yolundan maraq kəsb edən qısa məlumat vermişdir.

Sonda xatirə şəkli çəkilmiş və AzQAC-ın «105 illi»-yi ilə əlaqədar xüsusi hazırlanmış saat və qələm hədiyyə olunmuşdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-08-2025