Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Tarix: 26-08-2025 | Saat: 17:51
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması, regionda sülhün bərqərar olması, yeni nəqliyyat bağlantılarının reallığa çevrilməsi ölkəmizin inkişafı üçün yeni əlverişli imkanlar yaradacaq.
aia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
O qeyd edib ki, bu nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin uğurlu nəticəsi, xalqımız və dövlətimiz üçün tarixi ədalətin təcəssümüdür: "Bu, həm də güclü siyasi lider kimi Möhtərəm Prezidentimizin diplomatik məharətinin, milli maraqları beynəlxalq arenada müdafiə etmək bacarığının parlaq nümunəsidir. Vaşinqtonda əldə olunmuş digər mühüm nəticə ABŞ Konqresinin 33 il əvvəl qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılmasıdır. Düzəlişin ləğvi istiqamətində razılığın əldə olunması Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2025