Mobil versiya
Azərbaycan 12 illik təhsilə keçir? - RƏSMİ
Tarix: 08-08-2025 | Saat: 11:47
Bölmə:Manşet / Təhsil | çapa göndər

Azərbaycan 12 illik təhsilə keçir? -

Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.

aia.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən Apa-ya bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir.

Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir:

məktəbəhazırlıq mərhələsi (5 yaş);

ibtidai təhsil (I-IV siniflər);

ümumi orta təhsil (V-IX siniflər);

tam orta təhsil (X-XI siniflər).

"Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır, - məlumatda qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-08-2025