Mobil versiya
"Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək" - Bayraktar
Tarix: 02-08-2025 | Saat: 14:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək"

"Yaxın zamanda Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək və logistik yollar birləşdiriləcək".

aia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

O bildirib ki, hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstan ərazisindən keçməklə ötürülür.

Onun sözlərinə görə, Orta Asiyada yerləşən digər enerji mənbələri və logistik marşrutlar Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq.

Nazir vurğulayıb ki, Azərbaycandakı təbii sərvətlər - neft, qaz, bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr birgə icra olunur. Bu istiqamətdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdıran Bayraktar deyib: “Bu günədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, eləcə də Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2025