Mobil versiya
Azərbaycandakı kredit ittifaqlarının zərəri kəskin azalıb
Tarix: 25-07-2025 | Saat: 11:02
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycandakı kredit ittifaqlarının zərəri kəskin azalıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,03 milyon manat zərərlə başa vurub.

aia.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 24 dəfə azdır.

Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,21 milyon manat (0,8 % çox), xərcləri 0,69 milyon manat (1,4 % az), xüsusi ehtiyatlara ayırmaları isə 0,54 milyon manat (45 % az) təşkil edib.

Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur. Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1,9 % böyüyüb.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 21,2 % azalaraq 2,6 milyon manata düşüb, balans kapitalı isə 11 % artaraq 10,1 milyon manata çatıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2025