Mobil versiya
Paşinyan COP17-nin keçiriləcəyi tarixləri açıqladı
Tarix: 21-07-2025 | Saat: 08:49
Bölmə:Dünya | çapa göndər

Paşinyan COP17-nin keçiriləcəyi tarixləri açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyası (COP17) Tərəflərinin 17-ci Konfransının keçiriləcəyi tarixlərin artıq təsdiqləndiyini açıqlayıb.

aia.az xəbər verir ki, onun sözlərinə görə, konfrans 2026-cı il oktyabrın 18-dən 30-dək İrəvanda keçiriləcək.

“Biz Ermənistandakı bütün iştirakçıları və maraqlı tərəfləri biomüxtəlifliyin qorunub saxlanması səylərini birgə inkişaf etdirmək üçün salamlamağı səbirsizliklə gözləyirik”, - deyə o sosial mediada qeyd edib.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin, o cümlədən hökumətlərin, akademik dairələrin, ətraf mühit təşkilatlarının və biznes qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2025