Mobil versiya
Ziya Məmmədovun bu səlahiyyətləri yeni nazirə keçdi
Tarix: 14-02-2017 | Saat: 08:48
Bölmə:Gündəm | çapa göndər

Ziya Məmmədovun bu səlahiyyətləri yeni nazirə keçdi





Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsi nəticəsində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

"AIA.AZ" APA-nın Nəqliyyat Nazirliyinin hansı səlahiyyətlərinin yeni quruma verilməsi ilə bağlı hazırladığı yazını təqdim edir:

Azərbaycan prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb.

Əsasnaməyə görə, nazirlik dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı olub. Nazirlik həmçinin nəqliyyat-yol kompleksi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirib, bu sahəyə xarici sərmayənin cəlb edilməsini təmin edən tədbirlər görüb. Həmçinin nəqliyyat-yol kompleksi sahəsində dövlət proqramlarının, qanunvericilik aktları layihələrinin hazırlanmasında iştirak edib.

Son bir neçə il ərzində nazirliyin tərkibinə daxil olan bir neçə struktur ondan ayrılıb, müstəqil qurum və ya başqa qurumların tabeliyinə verilib. Məsələn, prezident İlham Əliyevin 2015-ci ilin sentyabrın 18-də imzaladığı fərmanla “Azərbaycan Dəmir Yolları “ Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib. Həmin ilin dekabrın 28-də “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması barədə sərəncam imzalayıb. Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə Nəqliyyat Nazirliyinin yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi səlahiyyətləri “Azəravtoyol”a verilib. Həmçinin, Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda dəyişiklik edərək Bakıda sərnişin daşımaları ilə əlaqədar Nəqliyyat Nazirliyinin səlahiyyətlərini ləğv edib. Əgər bu qaydaya qədər avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyi tərəfindən verilirdisə, sözügedən qərardan sonra şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri “Fərqlənmə nişanı”nı Bakı Nəqliyyat Agentliyindən almağa başlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024