Nəqliyyat Nazirliyi ləğv olundu, yoxsa Ziya Məmmədov?..
Tarix: 14-02-2017 | Saat: 08:43
Bölmə:Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsi nəticəsində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı və bununla da Ziya Məmmədov nazir postunu itirmiş oldu. İlk baxışdan iki nazirliyin birləşdirilməsi struktur islahatı təsiri bağışlasa da, burada ən çox diqqət çəkən məqam Nəqliyyat Nazirliyinin bir qurum kimi ləğvi yox, Ziya Məmmədovun nazir kimi ömrünü başa vurmasıdır.
Belə ki, Azərbaycan iqtidarının uzun illər əsas fiqurlarından biri hesab olunan, 15 illik nazir kimi ölkənin nəqliyyat, yükdaşıma və bütün yollarına nəzarət edən bir adam kimi, eyni zamanda böyük biznes imperiyasına sahib olan Ziya Məmmədov demək olar ki, hər gün mətbuatın diqqət mərkəzində olub. Heç də mediatik nazir olmayan Ziya Məmmədov daim mətbuat tərəfindən tənqid olunan məmurlardan biri olsa da, maraqlıdır ki, o, mətbuatın yazdıqlarını heç vaxt önəmsəməyib.
Onun nazir kimi epizodik xarakterli verdiyi açıqlamalarını çıxsaq bu günə qədər Ziya Məmmədovun media qarşısında geniş hesabatını heç vaxt görməmişik.
Son illər o, mətbuatın gündəmində səlahiyyətləri alınan nazir kimi yer alıb.
Hakimiyyətin həyata keçirdiyi struktur islahatı nəticəsində əvvəlcə “Azərbaycan Dəmir Yolları “ Qapalı Səhmdar Cəmiyyəti nazirliyin tərkibindən çıxarılaraq müstəqil quruma çevrilib və maraqlıdır ki, bu posta da Ziya Məmmədovun ən yaxın silahdaşlarından biri və vaxtilə kadrı hesab olunan Cavid Qurbanov gətirilib.
Daha sonra Məmmədovun hakimiyyətinin daha böyük hissəsi parçalanıb, nəticədə “Azəryolservis” müstəqil quruma çevrilib.
Bundan sonra islahatların davamı olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı Nəqliyyat Agentliyinin tabelyinə verildi və bununla da Ziya Məmmədov və nazirliyi səlahiyyətsiz quruma çevrildi.
Ziya Məmmədovun itirdikləri bununla bitmirdi. Qardaşı, bir neçə dəfə 91 saylı Ucar seçki dairəsindən deputat seçilən və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini olan Elton Məmmədov son parlament seçkilərində Milli Məclisə buraxılmadı.
Eks-nazir, həm də oğlu Anar Məmmədovla tez-tez gündəmə gəlirdi. Elə yeganə oğluna nazir həmkarı, Kənd təsərrüfatı naziri Heydər Əsədovun qızını almaqla quda nazir statusuna sahib idi.
Son aylar isə Anar Məmmədov ABŞ-ın yeni prezidenti Donald Trampla biznes ortaqlığı ilə gündəmə gəlib və mətbuatda belə məlumat yayılmışdı ki, bundan sonra Ziya Məmmədov öz mövqelərini möhkəmləndirəcək, hətta daha vacib fiqura çevriləcək. Lakin son proseslər, Bakıda inşa olunan "Trump Tower"in adının ləğvi, həmçinin oğlunun Trampın inaqurasiyasına dəvət edilməsi ilə bağlı yayılan xəbərin reallaşmaması, ən sonda isə bu gün verilən sərəncamla Nəqliyyat Nazirliyinin ləğv olunması ilə nazir postunu itirməsi, məsələnin prinsipcə məntiqli sonluqla nəticələdiyini və Ziya Məmmədov erasının başa çatdığını göstərir.
Eyni zamanda, müəyyən fikirlər hələ də qalmaqdadr ki, onunla bağlı başqa tədbirlər də görülə, hətta o, yeni vəzifəyə gətirilə bilər. Bütün bunların necə olacağını zaman göstərəcək...
Görünən isə budur ki, Azərbaycanda struktur islahatları həyata keçirilməkdədir və bu islahatlar operativ idarəetməyə, çevikliyə müasir idarəetmənin tətbiqinə yönəlib. Son illər aparılan struktur islahatlarında isə bir çox dövlət qurumları ləğv olunub. (qafqazinfo)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024