Qulu Məhərərəmli-Arif Alışanov çəkişməsi bitdi - Mühüm qərar
Tarix: 13-02-2017 | Saat: 12:53
Bölmə:Gündəm | çapa göndər
Yasamal rayon Məhkəməsində AzTV sədri Arif Alışanovun jurnalist, media eksperti Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə işinə xitam verilib.
Bundan öncə şikayətin əsaslandığı fikirlərin yayımladığı məqalə üzrə linqvistik ekspertiza təyin olunmuşdu. İş ekspertizadan qayıdıb və məhkəmə prosesi qaydasında davam edib. Lakin xüsusi ittiham qaydasında şikayətçi olan Arif Alışanovun vəkili son bir neçə iclasa qatılmayıb. Bu səbədən qarşı tərəfin mövqeyi şikayətdən imtina kimi qiymətləndirilib və məhkəmə işinə xitam verilib.
Qeyd edək ki, Qulu Məhərrəmli bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalarda AzTv-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. A.Alışanov səsləndirilən bu fikirlərin əsasında məhkəməyə şikayət edib. (qafqazinfo)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024