Mobil versiya
Gülər Sultanzadə: Türkiyə-Azərbaycan birliyi sabitliyin və bölgə sülhünün zəmanətidir
Tarix: 20-06-2025 | Saat: 12:43
Bölmə:Gündəm / Özəl | çapa göndər

Gülər Sultanzadə: Türkiyə-Azərbaycan birliyi sabitliyin və bölgə sülhünün zəmanətidir

Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılışı təkcə sosial-iqtisadi hadisə deyil, bütövlükdə siyasi strateji mənaya malikdir. Bu tədbir Türkiyə-Azərbaycan birliyinin regionun təhlukəsizliyi üçün vacib dayaq olduğunu bir daha göstərdi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz dostuq, qardaşıq, müttəfiqik.” Azərbaycan-Türkiyə münasibətləri son 30 il ərzində bölgədə sülhün, enerji təhlukəsizliyinin və nəqliyyat dəhlizlərinin təməlini qoydu. TANAP, BTC, BTQ kimi qlobal layihələr bu birliyin məhsuludur.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz deyib ki, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.” Kahramanmaraş faciəsində Azərbaycanın dərhal yardım göndərməsi, xilasedicilərinin 53 insanı xilas etməsi, tibb məntəqələrinin minlərlərə insana yardım etməsi, bu müttəfiqliyin praktikada sınaqdan çıxdığını göstərdi. Cənab Prezident İlham Əliyev Kahramanmaraş xalqına dərin məhəbbətlə xitab etdi: “Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var.” Bu birlik bölgədə yeni nəqliyyat, enerji və siyasi layihələrin şəkilli formalaşmasına yol açır. Orta Dəhliz, Zəngəzur koridoru kimi təşəbbüllər bu birliyin siyasi dayaqlarına çevrilir. Ölkəmizin başçısı çıxışında daha ətraflı dedi: “Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür. Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır. “Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir. Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.” Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı, sadəcə humanitar jest deyil, eyni zamanda strateji əhəmiyyətə malik siyasi hadisədir. Bu, Türkiyə-Azərbaycan münasibətlərində həm geosiyasi, həm də ictimai-sosial səviyyədə yeni bir mərhələnin başlanğıcıdır. Azərbaycanın zəlzələ zamanı göstərdiyi dərhal reaksiya, göndərdiyi yüzlərlə xilasedici və tibbi heyət, əslində müttəfiqlik münasibətlərinin böhran anında necə sınaqdan çıxdığını göstərdi. Bu, sadəcə insani yardımdan ibarət deyil, bu, Türkiyə-Azərbaycan strateji ortaq maraqlarının təzahürüdür. Cənab Prezidentin çıxışı siyasi və insani dəyərlərinə görə olduqca əhəmiyyətli idi. Onun fikrlərinin arxasında duran reallıq ondan ibarətdir ki, Türkiyə və Azərbaycan Cənubi Qafqazdan Aralıq dənizi və Orta Asiyaya qədər uzanan bir sabitlik xəttini formalaşdırır. Azərbaycan-Türkiyə birliyinin xalqdan gələn və xalqla möhkəmlənən bir güc olduğunu təsdiqləyir. Bu birlik region üçün təhlükəsizlik çətiri yaradır və sülh təşəbbüslərinin dayağına çevrilir – deyə Gülər Sultanzadə fikrini tamamlayıb..



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025