Mobil versiya
Baş Prokurorluq: Qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər görülür
Tarix: 18-06-2025 | Saat: 11:31
Bölmə:Gündəm | çapa göndər

Baş Prokurorluq:

Son dövrlərdə restoranlarda artan qida zəhərlənmələrinin qarşısı alınması üçün tədbirlər davam etdirilir.

aia.az xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.

Onun sözlərinə görə, restoranlarda artan qida zəhərlənmələrini hansısa cinayət faktı yaxud təşəbbüsü ilə əlaqələndirmək doğru deyil:

"Ötən il Sumqayıtda, bu il isə Gəncədə belə hadisələr baş verib. Qida istehsalı edən müəssisələr və iaşə obyektlərində yol verilən boşluqlar buna səbəb ola bilər. Dərhal hansısa cinayət faktının olduğunu düşünmək düzgün deyil. Belə hallar baş verdikdə həm Baş Prokurorluq, həm də Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tədbirlər görülür".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-06-2025