Mobil versiya
Gizli laboratoriyalarda 42 ton metamfetamin ələ keçirilib
Tarix: 10-06-2025 | Saat: 09:19
Bölmə:Dünya | çapa göndər

Gizli laboratoriyalarda 42 ton metamfetamin ələ keçirilib

Meksikanın Hərbi Dəniz Qüvvələri Nazirliyinin rəhbərlik etdiyi təhlükəsizlik qüvvələrinin Miçoakan ştatında keçirdiyi birgə əməliyyat zamanı narkotik laboratoriyaları aşkar edilib.

aia.az xəbər verir ki, bu barədə Meksika Müdafiə Nazirliyinin saytında dərc edilmiş təhlükəsizlik orqanlarının birgə bəyanatında deyilir.

“Milli Təhlükəsizlik Strategiyasının həyata keçirilməsi çərçivəsində Miçoakan ştatının Madero və Morelia bələdiyyələrində gizli metamfetamin laboratoriyası kimi istifadə edilən 5 obyekt aşkarlanıb. Əməliyyat zamanı 42,24 ton metamfetamin ələ keçirilib”, - məlumatda vurğulanıb.

Axtarışlar zamanı hər birinin tutumu 200 litr olan 44 çəllək metilamin, ümumilikdə 8800 litrə yaxın prekursor, həmçinin sintetik narkotik vasitələrin istehsalı üçün müxtəlif avadanlıqlar müsadirə edilib.

Cinayətkar qruplara dəymiş iqtisadi zərər təqribən 1,06 milyard peso (indiki məzənnə ilə təxminən 55,6 milyon dollar) təşkil edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2025