Mobil versiya
Trampdan İrana xəbərdarlıq: Fəlakətli olacaq!
Tarix: 10-06-2025 | Saat: 08:51
Bölmə:Karusel / Dünya | çapa göndər

Trampdan İrana xəbərdarlıq:

İyunun 12-də ABŞ-İran danışıqlarının yeni raundu baş tutacaq, lakin Vaşinqton hələlik Tehranın nüvə sazişi ilə bağlı təkliflərə verdiyi cavablardan razı deyil.

aia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Cümə axşamı İranla görüşümüz var. Ona görə də həmin günü gözləyəcəyik. İran hakimiyyəti edilə bilməyəcək şeyləri istəyirlər. Onlar imtina etməli olduqlarından əl çəkmək istəmirlər, uranı zənginləşdirməyi hədəfləyirlər. Uranı zənginləşdirə bilməzlər”, - deyə Ağ Ev rəhbəri bildirib.

"Onlar hələ lazımi nöqtəyə çatmayıblar. Mən bunu deməyi xoşlamıram, çünki alternativ fəlakətlidir", - deyə Tramp qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2025