Mobil versiya
Millətlər Liqası: İspaniya Fransaya qalib gəldi, finala adladı
Tarix: 06-06-2025 | Saat: 08:32
Bölmə:İdman | çapa göndər

Millətlər Liqası:

Bu gün UEFA Millətlər Liqasında 2-ci finalçı da müəyyənləşib.

aia.az xəbər verir ki, Almaniyada təşkil edilən və bir oyundan ibarət olan mərhələnin yarımfinalında İspaniya ilə Fransa üz-üzə gəlib. “Ştutqart Arena”da keçirilən gərgin və maraqlı görüş İspaniyanın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da İspaniya yığması Millətlər Liqasının finalına adlayıb.

Komanda həlledici matçda Portuqaliya ilə qarşılaşacaq. Portuqaliya ötən gün Almaniyanı məğlub edərək (2:1) finala çıxıb. Yarımfinalın məğlubları isə 3-cü yer uğrunda yarışacaqlar. Hər iki oyun iyunun 8-də keçiriləcək.

5 iyun

Millətlər Liqası, yarımfinal

23:00.İspaniya - Fransa - 5:4

Qollar: Villiams, 22 (1:0), Merino, 25 (2:0), Yamal, 54 (3:0), Pedri, 55 (4:0), Mbappe, 59-pen. (4:1), Yamal, 67 (5:1), Çerki, 79 (5:2), Vivian, 84-avtoqol (5:3), Kolo Muani, 90+3 (5:4)

4 iyun

Almaniya - Portuqaliya - 1:2

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə