Mobil versiya
UNEC nəzdində Sosial-İqtisadi Kollecdə “Böyük yolun başlanğıcı” adlı Məzun Günü keçirilib -Foto
Tarix: 02-06-2025 | Saat: 21:38
Bölmə:Təhsil | çapa göndər

UNEC nəzdində Sosial-İqtisadi Kollecdə “Böyük yolun başlanğıcı” adlı Məzun Günü keçirilib

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.
Tədbirdə Sabunçu Gənclər evinin direktoru Kamil Yaqubov,Azərbaycan Dövlət Neft və Sənaye Universtetinin nəzdində Bakı Neft-Energetika Kollecinin direktoru Ata Babayev, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi Əlağa Kərimov, məzunların valideynləri və və tələbələr iştirak edib.

aia.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən UNEC nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov kollecin həyatında önəmli hadisələrdən olan Məzun Günü münasibətilə kollecin üzvlərini, xüsusilə də günün səbəbkarlarını təbrik edib. 27 qrupdan 528 tələbənin məzun olduğunu deyən direktor onları qarşıda yeni sınaqların gözlədiyini, şanlı tariximizin qızıl hərflərlə yazıldığı bir dövrdə məzun olduqlarını vurğulayıb.
Sabunçu Gənclər evinin direktoru Kamil Yaqubov çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışaraq UNEC nəzdində Sosial-İqtisadi Kollecin məzunlarının peşəkar mütəxəssis,cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacağına əmin olduğunu qeyd edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universtetinin nəzdində Bakı Neft-Energetika Kollecinin direktoru Ata Babayev məzunlara dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumağı, doğma Azərbaycanımızın daha da inkişaf etməsi və güclənməsi üçün əzmlə,ləyaqətlə,fədakarlıqla çalışmağı tövsiyə edib və onlara bu vacib,şərəfli yolda uğurlar arzulayıb.

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi Əlağa Kərimov da öz çıxışında üzünü məzunlara tutaraq bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi və müqəddəs bayrağımızın ucaldığı doğma torpaqlarımızda, xüsusən Qarabağımızda gedən quruculuq, yenidənqurma işlərinə töhfələrinizi vermək sizin əsas missiyanızdır.

Sonra kollecin məzun tələbələrindən Ruslan Bayramov çıxış edərək məzun yoldaşları adından ötən illər ərzində onların üzrərində böyük əməyi olan UNEC nəzdində Sosial-İqtisadi Kollec ailəsinə,sevimli müəllimlərinə səmimi hisslərini çatdırıb, dərin təşəkkürlərini bildirdi. Bu orta ixtisas təhsil ocağında əldə etdikləri bilik və bacarıqlar sayəsində ölkəmizə layiqli bir vətəndaş kimi xidmət edəcəyini,onlara olan etimadları doğruldacaqlarını əminliklə ifadə edib.
UNEC nəzdində Sosial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev də çıxışında məzunları təbrik edərək onların qazandıqları bilik və bacarıqların yalnız  şəxsi karyeralarında deyil, həm də cəmiyyətin rifahında mühüm rol oynayacağına əminliyini bildirib.
Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və kollecin ictimai işlərində fəal iştiraka görə bir qrup məzuna təşəkkürnamə təqdim olunub.
Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib. Kollecin məzun tələbələrin təqdimatında müxtəlif mahnılar və rəqslər ifa olunub, şeirlər səsləndirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2025