Mobil versiya
“Həmin anlaşmadan xəbərim yox idi”
Tarix: 10-02-2017 | Saat: 13:15
Bölmə:İdman | çapa göndər

“Həmin anlaşmadan xəbərim yox idi”



“İnter” çempionatın ən güclü komandalarından biridir. Bilirdik ki, çətin qarşılaşma olacaq. Gözlədiyimiz kimi, ağır oyun keçdi. Şükürlər olsun ki, qış fasiləsindən sonra ilk qələbəmizi qazandıq. Bundan sonra çalışacağıq ki, davamını gətirək”.

Bbu sözlər “Neftçi”nin futbolçusu Namiq Ələsgərova məxsusdur.

“Neftçi” Topaz Premyer Liqasının XVII turunda səfəırdə “İnter”i 3:1 hesabı ilə məğlub edib.
Oyundan sonra açıqlama verıən millimizin üzvü bundan sonrakı hər bir oyunda qələbə qazanmaq istədiklərini deyib: “Çalışırıq ki, bacarıdığımız qədər irəli gedək. Bunun üçün bütün oyunlarda qələbə qazanmalıyıq”.

Ələsgərov oyunda hakimlərin səhv etmədiyini deyib: “Düzdü, fasilədən sonrakı ilk iki oyunda bəzi hakim səhvləri oldu. Ancaq bu oyun yaxşı keçdi, hakim idarəçiliyi ilə bağlı heç bir problem olmadı”.
Namiq “Neftçi”yə uyğunlaşdığını deyib: “Özümü yaxşı hiss edirəm. Təlim-məşq toplanışında komandanın heyətində bir neçə oyun keçirmişdim. Uyğunlaşmaq baxımından heç bir problemim yoxdur”.

Perspektivli futbolçu vurduğu qoldan da danışıb: “Əlbəttə, sevinirəm. Ancaq əsas olan komandanın qələbəsidir. Bundan sonra da qollarımı vurmağa çalışacam”.

Bildiyiniz kimi, Ələsgərov bu mövsüm sabiq komandası “Qarabağ”a qarşı oyunlarda forma geyinməyəcək. O, buna görə heyfsləndiyini deyib: “Heyfslənirəm. Bunu bilmirdim, anlaşmadan xəbərim yox idi. “Qarabağ”la oyundan öncə xəbərim oldu. Buna müdaxilə də edə bilmərəm. Klublar arasında belə razılıq əldə olunubsa, belə də olmalıdır”. (Qafqazinfo)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024