Mobil versiya
"İslamofobiyaya qarşı praktiki tədbirlərin görülməsi zəruridir"
Tarix: 26-05-2025 | Saat: 11:53
Bölmə:Gündəm | çapa göndər

"İslamofobiyaya qarşı praktiki tədbirlərin görülməsi zəruridir"

İslamofobiyaya qarşı stereotiplərin kökündən sarsıdılması üçün hamımız məsuliyyət daşıyırıq. Bu, praktiki tədbirlərin görülməsini zəruri edir. İslamofobiya dünyada artıq universal məsələyə çevrilib. Tənqidi fikirlərin səsləndirilməsinin nəticəsi olaraq müsəlmanlara qarşı hücumlar baş verir.

aia.az xəbər verir ki, bunu Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların aradan qaldırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu tədbirin əsas məqsədi bütün sübutları toplamaq, siyasi məsələləri gündəmə gətirmək və kənarda qalan səsləri ucaldaraq eşitdirməkdir. Bu konfrans kollektiv deklarasiya rolunu oynayacaq. İslamofobiya ilə mübarizə, eyni zamanda, dinc və yanaşı yaşamaq məsələsidir. İslamofobiya təkcə dini məsələ deyil, bu, insan hüquqları ilə bağlı problemdir.

“Hazırda yaşadığımız dünyada islamofobiya əxlaqi deyil, insani məsələyə çevrilib. İslamofobiya insan hüquqlarının alçaldılmasıdır. Biz bütün formalarda buna qarşı mübarizə aparmalıyıq. Onun tarixi köklərinə enmək lazımdır. Bu, yeni fenomen deyil. Tarixdə uzun müddətdir İslam haqqında formalaşmış yanlış fikirlər mövcuddur. Dinindən asılı olmayaraq, biz buna qarşı birgə səy göstərməliyik. Bu konfrans bizim birgə uğur qazanmağımız üçün əsasdır”, - deyə İbrahim Saleh Əl Naimi vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025