Mobil versiya
Avropa Liqasında final günüdür - "Yunayted" "Tottenhem"lə üz-üzə
Tarix: 21-05-2025 | Saat: 09:17
Bölmə:İdman | çapa göndər

Avropa Liqasında final günüdür -


Bu gün UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.

aia.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gələcək.

Qarşılaşma İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü almaniyalı referi Feliks Zoyer idarə edəcək.

Finalda qarşılaşacaq komandalardan “Tottenhem” tarixi ərzində 2 (1971/1972, 1983/1984), “Mançester Yunayted” isə 1 dəfə (2016/2017) turnirin qalibi adını qazanıb. UEFA Avropa Liqasında indiyədək ən çox çempionluq yaşamış komanda isə İspaniya təmsilçisi “Sevilya”dır - 7 dəfə.

Turnirin tarixində ən çox qol vuran futbolçu İsveç millisinin sabiq üzvü Henrik Larsendir. 59 yaşlı keçmiş yarımmüdafiəçi 40 qolla bombardirlər siyahısına başçılıq edir.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025