Mobil versiya
DTX xaricdə ələ keçirilən terrorçuları Azərbyacana gətirib
Tarix: 12-05-2025 | Saat: 09:56
Bölmə:Manşet / Gündəm | çapa göndər

DTX xaricdə ələ keçirilən terrorçuları Azərbyacana gətirib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.

aia.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.

Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.

DTX-nin Mətbuat xidmətindən isə bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcəkdir.

Mövzunu diqqətdə saxlayırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-05-2025