Millət vəkili Asif Əsgərov Zaqatalada seçicilərlə görüşüb -Fotolar
Tarix: 11-05-2025 | Saat: 11:49
Bölmə:Gündəm | çapa göndər

Zaqatala rayonuna səfəri çərçivəsində Milli Məclisin deputatı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış ulu öndərin abidəsini ziyarət edib. Millət vəkili ilə birlikdə Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Onlar ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Daha sonra millət vəkili Asif Əsgərov Yuxarı Tala kəndində “Pərzivançay” çayı üzərində yenidən inşa olunmuş körpü ilə tanış olub. Uzun müddət idi ki, çayın üzərindəki körpünün olmaması kəndi iki hissəyə bölmüş, sakinlərin gündəlik gediş-gəlişində, xüsusilə də təsərrüfat sahələrinə çıxışında ciddi çətinliklər yaratmışdı. 2025-ci ilin fevral ayında kənd sakinləri bu problemlə bağlı millət vəkilinə müraciət etmişdilər. Qaldırılan məsələ qısa müddətdə diqqətə alınaraq müvafiq tədbirlər görülüb və artıq problem öz həllini tapıb.
Yeni inşa olunan körpü müasir tələblərə cavab verir və insanların rahat, təhlükəsiz şəkildə hərəkət etməsinə şərait yaradır. Layihənin icrası kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması baxımından olduqca mühüm addımdır.
Millət vəkili eyni zamanda sakinlərlədə səmimi görüşərək onların düşüncələrini, arzu və təkliflərini dinləyib. Bildirib ki, ölkə rəhbərliyinin qayğısı və dəstəyi sayəsində bölgələrdə bu cür layihələr ardıcıl şəkildə davam etdirilir və məqsəd vətəndaşların həyat şəraitini daha da yaxşılaşdırmaqdır.
Sonda kənd ictimaiyyəti görülən işlərə görə böyük məmnunluqla və sonsuz minnətdarlıq hissi ilə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, ölkə rəhbərliyinin qayğısı sayəsində kəndlərin siması dəyişir, insanların həyatına yeni nəfəs gəlir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-05-2025
10-05-2025
09-05-2025