Çempionlar Liqasında son finalçı məlum oldu
Tarix: 08-05-2025 | Saat: 09:48
Bölmə:İdman | çapa göndər

UEFA Çempionlar Liqasında son finalçı məlum olub.
aia.az xəbər verir ki, Fransanın PSJ klubu doğma meydanda İngiltərə “Arsenal”ını qəbul edib. Görüş Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 27-ci dəqiqədə meydan sahibləri açıblar. Fabian Ruis uzaq məsafədən baxımlı qola imza atıb. Matçda digər qollar ikinci hissədə vurulub. 69-cu dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Vitinya penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bununla belə, Fransa klubu cəmi 3 dəqiqə sonra hesab arasındakı fərqi 2 topa çatdırıb. Bu dəfə Əşrəf Hakimi adını tabloya yazdırıb. "Arsenal" 76-cı dəqiqədə Bukayo Sakanın vurduğu qolla buraxılan toplardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb. Beləliklə, Londondakı ilk matçda da rəqibini məğlub edən (1:0) PSJ finalda İtaliya "İnter"inə rəqib olub.
Final görüşü mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-05-2025