YAP Zəngilan rayon təşkilatının rəhbərliyi ərazi partiya təşkilatının sədri Məmmədli Aygün Məmməd qızının 60 illik yubileyi münasibəti ilə təbrik etmişdir -Fotolar
Tarix: 05-05-2025 | Saat: 13:52
Bölmə:Gündəm | çapa göndər

05.05.2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə və təşkilatın nümayəndələri partiyaya ləyaqətlə xidmət edən ərazi partiya təşkilatının sədri Aygün Məmmədlini 60 illik yubileyi münasibəti ilə təbrik etmişdir.
aia.az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə bildirdi ki, bugün biz təkcə bir ananın 60 illik ömür yolunu deyil, həm də bir qəhrəmanın anasına olan ehtiramımızı qeyd edirik. O, Vətənin azadlığı naminə canını fəda etmiş övlad yetişdirmiş, müqəddəs bir müssiyanın daşıyıcısıdır. Şəhdimizin anası bu millət üçün bir qürur mənbəyidir. Onun əlləri ilə böyüyən oğul bu torpağa azadlıq bəxş edib.
Eyni zamanda yerli təşkilatın sədri onu da qeyd etdi ki, Aygün xanım uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə, təhsilinin inkişafına həsr etmişdir. Təhsil sahəsində uğurları ilə yanaşı Aygün Məmmədlinin ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Aygün Məmmədlinin Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli rəhbər, eyni zamanda insanlara elm, savad aşılayan bir müəllim olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ərazi partiya təşkilatının sədri kimi doğma partiyamıza sədaqətlə xidmət edir, bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətimizin və cənab Prezidentimizin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.
Göstərilən diqqətə və qayğıya görə yubliyar YAP Zəngilan rayon təşkilatının rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər