"Xocalıda aşkarlanan meyit qalıqlarında işgəncə izlərinə rast gəlinir" - Eldar Səmədov
Tarix: 01-05-2025 | Saat: 12:51
Bölmə:Gündəm | çapa göndər

Xocalıda kütləvi məzarlıqda aşkarlanan meyit qalıqlarında işgəncə izlərinə rast gəlinir.
aia.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, beynəlxalq hüquqa görə, insanların girov götürülməsi qadağan olunsa da, burada insanlar girov götürülməklə yanaşı işgəncələrlə qətlə yetirilib:
"Onlar qətlə yetirildikdən sonra burada kütləvi şəkildə dəfn olunublar. Azərbaycan tərəfi uzun müddət həm Xocalı soyqırımı zamanı, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş digər vətəndaşların taleyinin araşdırılması ilə bağlı beynəlxlaq təşkilatların vasitəsi ilə sorğular göndərib. Bu insanların taleyi ilə bağlı faktları Ermənistan tərəfi gizlətməyə davam edir".
Eldar Səmədovun sözlərinə görə, aşkarlanan meyit qalıqlarında zorakılıq izləri də aşkarlanıb:
"Onların ayaq, əl və kəllə sümüklərində küt alətlərlə vurulmuş zədələr var. Meyit qalıqları üzərində işgəncə izləri aşkar görünür. Geyimlərdən qalıqların mülki şəxslərə aid olduğu müəyyən olunub. Mütəxəssislərin rəyinə görə, onların arasında qadınlar çoxluq təşkil edir. Burada qazıntı prosesi davam edir. Ola bilsin ki, yerin aşağı laylarında yenə meyit qalıqları tapılsın".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2025