Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir
Tarix: 24-04-2025 | Saat: 13:48
Bölmə:Özəl | çapa göndər

Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da bu baxımdan tarixi şəxsiyyətlər yetirmişdir və bu mənada Ulu Öndər Heydər Əliyev xalqımızın yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli Lider zirvəsinə yüksəltmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının inkişaf və tərəqqi dövrü başlamışdır. Təsadüfi deyil ki, məhz Ümummilli Liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin ifadəsi kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması istiqamətində məqsədyönlü siyasət aparmış, bu da cəmiyyətdə milli ruhun oyanışına təkan vermişdir. Ana dili hər bir xalqın varlığını təsdiqləyən başlıca amildir. Ümummilli Lider Heydər Əliyev də bu istiqamətdə xüsusi diqqət və həssaslıq göstərmişdir. Ana dili xalqın milli sərvəti, onun kimliyinin əsas göstəricisidir. Xalqın keçdiyi tarixi yol, mədəni səviyyəsi ilk növbədə onun dilində öz əksini tapır. Dil, həmçinin, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını qoruyub saxlamasında əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də xalqımızın milli sərvətidir və millətimiz bu sərvəti daim qoruyaraq gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bu günkü inkişaf səviyyəsi xalqımızın qədim və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiqləyir. Lakin tarixən Azərbaycan dili ciddi sınaqlarla üzləşmişdir. Çar Rusiyasının ruslaşdırma siyasətindən sonra, 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə dilimizin inkişafına böyük önəm verilmişdir. Lakin Sovetlər dönəmində “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dili, mədəniyyəti və kimliyi ilə yanaşı, Azərbaycan dilinə qarşı da basqılar olmuşdur. Rəsmi tədbirlərdə rus dili üstünlük təşkil edirdi. Radio, televiziya və mətbuatda da rus dili əsas dil kimi çıxış edirdi. Elə bir psixoloji mühit yaranmışdı ki, hətta bəzi insanlar arasında rus dilini bilməmək, Azərbaycan dilində danışmaq qəbahət sayılırdı. Bu cür şəraitdə, Azərbaycan dilini sevən və ona dəyər verən Ümummilli Lider Heydər Əliyev öz mövqeyi ilə hər kəsə nümunə olmuşdur. 1969–1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çoxlarının cəsarət etmədiyi halda, rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış edərək dilimizə verdiyi yüksək dəyəri nümayiş etdirmişdir. O, rusdilli məktəblərdə Azərbaycan dili dərsliklərinin istifadəsinin artırılmasına dair göstərişlər vermişdir. 1978-ci ildə isə tarixi bir uğura imza atmışdır: həmin ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rus dili ilə yanaşı rəsmi dil statusu qazanmışdır. Bu, Azərbaycanı rəsmi dili yerli dil olan azsaylı Sovet respublikalarından biri etmişdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə iqtisadi, ictimai-siyasi və ideoloji sabitlik yaratmağa nail oldu. Onun xüsusi önəm verdiyi sahələrdən biri də dil məsələsi idi. Bu sahədə mütəxəssislərlə geniş müzakirələr aparılmış və dil siyasətinin inkişafı üçün ciddi addımlar atılmışdır. Ümummilli Liderin "Millətin milliliyini saxlayan onun dilidir" ifadəsi böyük mənaya malikdir. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlətin rəmzlərindən biri kimi təsbit olundu. Konstitusiyanın qəbuluna qədər aparılan ictimai müzakirələr nəticəsində "Azərbaycan dili" adı saxlanıldı və bu, dilimizin nüfuzunu artırdı. Mütəxəssislər və ictimaiyyət "türk dili" adının işlədilməsinin mümkün olmadığını əsaslandıraraq, bu adın qarışıqlıq və etnik narahatlıq yarada biləcəyini bildirdilər. 2001-ci ildə Heydər Əliyevin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman tarixi əhəmiyyətə malik idi. Bu fərman nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında Azərbaycan dilindən istifadənin təmin olunması mümkün oldu. Eyni zamanda, latın qrafikasına keçid prosesi uğurla başa çatdırıldı. 2002-ci ilin 30 sentyabrında isə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul olundu. Bu qanun Azərbaycan dilinin hüquqi statusunu müəyyənləşdirərək, onun inkişafı üçün hüquqi zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin çapı, 2004-cü ildə "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" Sərəncam bu istiqamətdə atılan mühüm addımlardandır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.” Beləliklə, minilliklər boyu formalaşaraq bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu və qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu, dilimizin qorunması və dünya dilləri içərisində layiqli yer tutması üçün tarixi bir fürsətdir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dil siyasəti bu uğurların əsasını təşkil edir.
Nərgiz Hüseynova
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-05-2025