Kimin hesabını biz ödəyəcəyik? - Nazir açıqladı
Tarix: 06-02-2017 | Saat: 14:07
Bölmə:İdman / Manşet | çapa göndər
“Müqaviləmiz var. Buna əsasən bütün idmançılar, qonaqlar nəqliyyat xərcini özləri ödəyirlər. Biz ödəmirik”.
“AİA.AZ” ın Apasport.az-a istinadən məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bu gün BP və İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlıq sazişinin imzalanması mərasimində çıxış edib.
O, ötən həftə bəzi ölkələrin Azərbaycana gəlmək imkanının olmadığını və onlara bu baxımdan kömək olunacağını bildirmişdi. Rəhimov bu köməyin nədən ibarət olacağını açıqlayıb: “Hər bir idmançı və ya rəsmi nümayəndəyə hər gün 50 dollar yemək haqqı verəcək. Hansı ki, bəzi ölkələrin çətinlikləri var, buna İslam Ölkələri Təşkilatı güzəşt etməyə hazırdı. Biz də qidalanmada onlara güzəşt edə bilərik. Əsas odu ki, onlar oyunlarda təmsil olunsunlar”.
O, açılışda tamaşaçıları sürpriz gözlədiyini söyləyib: “Orda hansısa böyük ulduz olmayacaq. Tam ayrı səpgidə hazırlanan şoudu. İnanıram ki, bu, təkcə Azərbaycanın deyil, bütün dünyanın xoşuna gələcək. Bağlanış mərasimi də elə olacaq. Lakin bəzi yerli ulduzlar burda mahnı oxuya bilərlər”.
Qeyd edək ki, “Bakı 2017” İslam Həmrəyliyi Oyunları 12-22 may aralığında keçiriləcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2024