Mobil versiya
Məktəb və bağçalarda təlim-tədris davam edəcək - RƏSMİ
Tarix: 16-04-2025 | Saat: 10:14
Bölmə:Manşet / Təhsil | çapa göndər

Məktəb və bağçalarda təlim-tədris davam edəcək -

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək.

aia.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır.

"Qeyd edirik ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Təhsil müəssisələrində uşaqların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.

İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə, təhlükə ilə üzləşdikdə isə dərhal aidiyyəti xilasetmə qurumlarının çağırış və tövsiyələrinə riayət etmələrini xahiş edirik", - deyə məlumatda qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2025