Mobil versiya
Qatarların sürət həddi endirildi
Tarix: 15-04-2025 | Saat: 09:16
Bölmə:Gündəm | çapa göndər

Qatarların sürət həddi endirildi

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.

ADY-dən aia.az-a verilən məlumata görə, bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2025