Mobil versiya
“Ağıllarına gələni yazırlar...” - İcra başçısı
Tarix: 06-02-2017 | Saat: 11:48
Bölmə:Siyasət / Karusel | çapa göndər

“Ağıllarına gələni yazırlar...” - İcra başçısı





Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda Dövlət Yol Polisi (DYP) avtomobillərinin müşayiəti ilə "kortej” və mühafizəçilərlə gəzməsi barədə yayılan məlumatlara münasibət bildirib.

M.Məmmədov "Ölkə.Az”-a eksklüziv açıqlamasında deyib ki, yayılan məlumatlar tamamilə yalandır: "Yalandan ağıllarına gələni yazırlar, hamısı ağ yalandır. Rayonda hər kəs yaxşı bilir ki, mən insanların içərisində olan icra başçısıyam. Ümumiyyətlə, daxili işlər naziri Ramil Usubov icra başçılarına görə Dövlət Yol Polisi əməkdaşlarına elə səlahiyyət verər ki, polis icra başçılarının avtomobillərini müşayiət etsin, yolları bağlasın? Təbii ki, yox!

Mən bütün günü piyada camaatın içərisində oluram. Mən gün ərzində heç öz xidməti avtomobilimə 1 saat oturmuram, bütün günü piyada gəzirəm, insanlarla görüşürəm. Ona görə də bu cür xəbərləri yazanlar pul istəyən "reket” saytlardır. Ağızları ətə çatmayanda, deyirlər ki, pisdir”.

Xatırladaq ki, bir sıra saytlarda Tərtərin icra başçısı Müstəqim Məmmədovun rayonda "kortejlə” gəzməsi barədə məlumatlar yayılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024