Mobil versiya
Azərbaycanda I rübdə 112 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Tarix: 09-04-2025 | Saat: 11:32
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanda I rübdə 112 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Bu ilin I rübündə Azərbaycanda 111 838 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Hesabat dövründə "ASAN İmza"lar 75 488 müraciət üzrə təqdim olunub.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2025