Mobil versiya
Krasnodarda Ukrayna PUA-sı vuruldu
Tarix: 07-04-2025 | Saat: 09:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Krasnodarda Ukrayna PUA-sı vuruldu

Rusiyanın Krasnodar diyarında pilotsuz uçuş aparatı (PUA) dəmir yolu xəttinə düşüb.

aia.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun əməliyyat qərargahının teleqram kanalında bildirilib.

"Hava Hücumundan Müdafiə sistemi tərəfindən zərərsizləşdirilən Ukraynanın PUA-larından biri Kubanets və Tantsyura-Kromarenko qəsəbələri arasında dəmir yolu xəttinə düşüb. Xəsarət alan olmayıb, yanğın baş verməyib", - məlumatda bildirib.

Bildirilib ki, hadisə yerində “Rusiya Dəmir Yolları”nın qəza briqadası işləyir, Hadisə yerinə təmir-bərpa qatarı, bundan əlavə 27 nəfər və 7 texnika cəlb olunub.

Məlumata görə, aparılan işlər zamanı qatarların hərəkəti zədələnmiş hissədən yan keçməklə təşkil edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-04-2025