Ana Sayfa > Karusel / Dünya > Krasnodarda Ukrayna PUA-sı vuruldu
Krasnodarda Ukrayna PUA-sı vuruldu7-04-2025, 09:58. Yazar: sevinc1 |
![]() Rusiyanın Krasnodar diyarında pilotsuz uçuş aparatı (PUA) dəmir yolu xəttinə düşüb. aia.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun əməliyyat qərargahının teleqram kanalında bildirilib. "Hava Hücumundan Müdafiə sistemi tərəfindən zərərsizləşdirilən Ukraynanın PUA-larından biri Kubanets və Tantsyura-Kromarenko qəsəbələri arasında dəmir yolu xəttinə düşüb. Xəsarət alan olmayıb, yanğın baş verməyib", - məlumatda bildirib. Bildirilib ki, hadisə yerində “Rusiya Dəmir Yolları”nın qəza briqadası işləyir, Hadisə yerinə təmir-bərpa qatarı, bundan əlavə 27 nəfər və 7 texnika cəlb olunub. Məlumata görə, aparılan işlər zamanı qatarların hərəkəti zədələnmiş hissədən yan keçməklə təşkil edilib. aia.az Geri dön |