Mobil versiya
“ACWA Power” şirkəti ilə potensial birgə təşəbbüslər müzakirə edilib -Foto
Tarix: 04-04-2025 | Saat: 11:51
Bölmə:İqtisadiyyat | çapa göndər

“ACWA Power” şirkəti ilə potensial birgə təşəbbüslər müzakirə edilib

“ACWA Power” şirkətinin baş icraçı direktoru ilə görüşdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi, təcrübə mübadiləsi və birgə təşəbbüslər müzakirə olunub.

Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşüb.
Görüşdə “ACWA Power”in Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb. Bu layihələrin ölkənin enerji resurslarının diversifikasiyasına və ekoloji dayanıqlılığının artırılmasına xidmət etdiyi qeyd edilib. Təcrübə mübadiləsinin və şirkətin innovativ yanaşmalarının enerji sahəsində daha effektiv, təmiz və iqtisadi baxımdan sərfəli həllərin tətbiqinə imkan yaratdığı qeyd olunub.

Şirkət tərəfindən enerjidən səmərəli istifadəni artırmaq, su resurslarından rasional istifadəni təmin etmək istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi və potensial birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Qeyd: Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpa olunan enerji sektorunda aparıcı şirkətlərindən olan “ACWA Power” şirkəti dünyanın bir sıra ölkələrində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə