Ana Sayfa > Dünya > Güclü zəlzələ Myanma və Tailandı silkələdi
Güclü zəlzələ Myanma və Tailandı silkələdi28-03-2025, 11:56. Yazar: sevinc1 |
![]() Myanmada 7.7 bal gücündə zəlzələ baş verib. aia.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər yayıb. Məlumata görə, episentr təxminən 1.2 milyon nəfərin yaşadığı Mandalay şəhərindən 17 km qərbdə yerləşib. Ocaq 10 km dərinlikdə olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, güclü yeraltı təkanlar Banqkokda (Tailand) hiss edilib. Şahidlər zəlzələ zamanı Banqkokda tikilməkdə olan çoxmərtəbəli binanın dağıldığını bildiriblər. Şəhərdə çoxmərtəbəli binalardan təxliyə elan edilib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, təkanlar həmçinin Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib. Geri dön |