Braziliyalı futbolçu həbsxanada televiziya və radio ustasıdır
Tarix: 25-03-2025 | Saat: 10:33
Bölmə:İdman | çapa göndər

Braziliya yığmasının keçmiş futbolçusu Robinyo həbsxanada televiziya və radio avadanlıqlarının təmiri ilə məşğul olur.
aia.az report-a istinadən xəbər verir ki, sabiq milli üzvü avadanlıqların təmiri ilə yanaşı, həbsxana bağçasına da qulluq edir.
İdmana da vaxt ayıran forvard, həmçinin 10 təlim modulunu uğurla başa vurub. Digər məhbuslarla yaxşı münasibət saxladığı bildirilən Robinyo, oxu klubunun da üzvüdür.
Karyerası ərzində Braziliya millisində 100 oyun keçirən ön xətt oyunçusu, iki dəfə dünya çempionatında iştirak edib, həmçinin Amerika Kubokunu (2007) və Konfederasiyalar Kubokunu (2005 və 2009) qazanıb.
Qeyd edək ki, Robinyo 22 yaşlı qadına təcavüz ittihamı ilə 2024-cü ildə həbs olunub. Ona 9 il müddətinə həbs cəzası verilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-03-2025