Mobil versiya
`Biz dünyaya yeni model təqdim etmişik` - Nazir
Tarix: 02-02-2017 | Saat: 13:53
Bölmə:İdman / Manşet | çapa göndər

`Biz dünyaya yeni model təqdim etmişik` - Nazir





"Biz dünyaya gənclər siyasəti ilə bağlı yeni model təqdim etmişik"

Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Gənclər Forumunun hesabatında bu istiqamətdə hansı işlər aparılması barədə ətraflı məlumat verilib.

“Düşünürəm ki, gələcəkdə bizim işimiz çoxdur. Bu gün gənclər gününün 20 ili tamam olur və bu müddət ərzində çoxlu işlər həyata keçirilib. Keçən il gənclər proqramına aid olan 150-dən çox tədbir keçirilib ki, onların 30-u beynəlxalq tədbirlərdir.

Daim çalışırıq ki, ətrafımızda daha çox gənclər birləşsin. 300-dən artıq qeyri-hökümət gənclər təşkilatı fəaliyyət göstərir, çoxlu layihələr dəstəklənir. Ən böyük mükafatımız isə odur ki, cənab Prezident tərəfindən 2014-cü ildə gənclər mükafatı təsis olunub. 2014-cü ildən 4 fəal gəncə bu mükafat təqdim olunub. Bu gün də bunun şahidi olacağıq. Bunlar bizim gəncləri ruhlandırır, onları böyük işlərə cəlb edir. Biz hər zaman çalışırıq ki, nazirlik kimi bu işlərə dəstək olaq, gənclərlə bir yerdə olaraq onların bütün ideya və layihələrini həyata keçirməyə kömək edək".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024