Mobil versiya
Rəşad Sadıqova vəzifə verildi
Tarix: 02-02-2017 | Saat: 11:26
Bölmə:İdman / Karusel | çapa göndər

Rəşad Sadıqova vəzifə verildi






UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran Rəşad Sadıqov bu mövsümün əvvəlindən “Qarabağ”ın U-19 komandasını çalışdırır. Sadıqov klubda məşqçilik fəaliyyətinə başladığı gündən digər yaş qruplarında olan komandalara da köməklik göstərir, onlarla yaxından maraqlanırdı. Bu barədə bir müddət əvvəl mətbuatda məlumat yer almışdı.



Aia.az xəbər verir ki, Qurban Qurbanov akademiyada işin keyfiyyətini artırmaq üçün Rəşad Sadıqova yeni iş həvalə eləyib. Belə ki, bundan sonra Sadıqov U-19-da baş məşqçi olmaqla yanaşı, U-17,U-16 və U-15 komandalarına cavabdeh olacaq və klubda koordinator vəzifəsində çalışacaq. Məşqçilərin fəaliyyətinə, seleksiya işlərinə və digər məsələlərə sorumlu məhz Rəşad Sadıqov olacaq. (sportal)

Qeyd edək ki, Rəşad Sadıqov bu il aprelin 24-dən etibarən UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarına qatılacaq. (sportal.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024