Mobil versiya
Tamam Cəfərova Tahir Məmmədovla birlikdə səyyar qəbul keçiriblər -Fotolar
Tarix: 08-02-2025 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər

Tamam Cəfərova Tahir Məmmədovla birlikdə səyyar qəbul keçiriblər

Millət vəkili Tamam Cəfərova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə rayonun Məlikçobanlı kəndində SƏYYAR QƏBUL keçiriblər.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon prokuroru Müşfiq Səfərova, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Məlikçobanlı kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı sakinlər tərəfindən əsasən kənddaxili yolların asfaltlaşdırılması, kənddə yeni tibb məntəqəsinin inşası, məşğulluq və fərdi məsələlərlə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərlə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025