Bunu etsə-etsə, O edəcək... – İrəvandan Bakıya mühüm SİQNAL
Tarix: 10-10-2026 | Saat: 21:17
Bölmə:Siyasət | çapa göndər

İlin sonuna sayılı aylar qaldı. Ancaq hələ ki, qonşu Ermənistanda yeni konstitusiyanın mətni ilə bağlı müzakirələr başlamayıb. Hərçənd, aylar öncə iqtidar rəsmiləri onu tezliklə ictimailəşdirəcəklərini bəyan ediblər.
Təbii ki, bu, referenduma qədər olmalıdır. Referendum isə yerli qanunvericiliyə əsasən son böyük seçkilərdən (7 iyun parlament) ən azı, 6 ay sonra baş tuta bilər. Bu da edir, dekabrın əvvəli. Yəni, hər şey planlaşdırıldırğı kimi, getsə ilsonu hətta Bakı və İrəvan sülh sənədini imzalaya da bilər. Ən optimist variant belədir. Fəqət, mümkün olacaqmı? Sual açıq qalır...
Az öncə Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını və təsdiqlənməsini hakim hökumətin missiyası hesab etdiyini söyləyib. Bu barədə o, yerli jurnalistlərlə keçirdiyi brifinqdə belə deyib: “Xalqın bizə verdiyi hakimiyyəti küçələrdə qoya bilmərik. Bu mandatı yerinə yetirməliyik. Sülh müqaviləsi imzalanıb təsdiqlənərsə, missiyamızı yerinə yetirilmiş hesab edəcəyik”.
Ümid edək ki, enində-sonunda belə də olacaq. Fors-major vəziyyətlər, siyasi kolliziyalar yaşanmayacaq...
Əslində, yuxarıdakı açıqlama siyasi iradənin göstəricisi olmaqla yanaşı, “Paşinyan vaxt uzadır”, “sülh müqaviləsinin imzalanmasını ləngidir” kimi skeptik fikirlərlə ziddiyyət təşkil edir. Hərçənd, Bakıdan rəsmi şəkildə bu yöndə İrəvana hər hansı etiraz səslənməyib. Demək, proses tam üzdə görünən kimi də deyil.
Sözsüz ki, Ermənistan tərəfdən sülh prosesini məntiqi sonluğa çatdıra biləcək ən məqbul adam indi elə Nikol Paşinyanın özüdür. Bu həm də ona mövcud rejimin uzunömürlülüyünü və dayanıqlığını təmin eləmək üçün lazımdır. Çünki revanşitlərin hakimiyyəti ələ keçirəcəkləri təqdirdə Nikolun başının tumarlanmayacağı yəqindir.
Bunu “eynəksiz” də görmək olar. Təkcə o fakt ki, radikal düşərgə konstitusiyanın dəyişdirilməsinin, xüsusən də ordan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasının əleyhinədir və bunu “milli xəyanət” sayırlar(Paşinyan isə artıq bunun anonsunu verib), ümumiyyətlə, sülh quruculuğu, Azərbaycan və Türkiyə ilə barışıq “milli satqınlıq” kimi qəbul olunur, özlüyündə hər şeyi deyir. Müstəqil Bəyannaməsinə görə isə “Dağlı Qarabağ Ermənistan ərazisidir”...
Radikal düşərgə deyərkən söhbət hər çaplı revanşist qüvvələrdən, terror yuvası kilsədən və erməni lobbisindən gedir. Rusiya amili də var.
Aydındır ki, üzdə pozitiv bəyanatlar verməsinə rəğmən, Moskva özünün iradəsindən kənar sülh müqaviləsinin imzalanmasnı önləmək üçün əlindəki və Ermənistandakı bütün resurslardan istifadə edəcək. Çünki belə bir sənədin qüvvəyə minməsi ilə regionda tam yeni geosiyasi reallıq yaranacaq, Kremlin gələcəkdə bölgəni qarışdırmaq imkanları minimuma enəcək.
Sənədin iki ölkənin parlamentlərində ratifikasiya olunması ilə Ermənistanın Azərbaycanla, ardınca Türkiyə ilə əlaqələri normallaşacaq, sərhədlər açılacaq, iqtisadi-ticari və insani əlaqələr sıxlaşacaq, xalqların yaxınlaşması intensivləşəcək, Türkiyə ilə sərhəddə Rusiya hərbçilərinə, Gümrüdə isə rus hərbi bazarına lüzum qalmayacaq.
Ayrı sözlə, əgər ötən il Ağ Evdə sülh sənədinin paraflanması Güney Qafqazda bir yeni reallıq yaradıbsa, onun imzalanmadı tamamilə başqa və daha ciddi geosiyasi mənzərəyə gətirib çıxaracaq. Bölgənin beynəlxalq hüquqa əsaslanan arxitekturası geridönməz şəkil alacaq. Ondan sonra Nikol Nobel sülh mükafatı da ala bilər.
Belə birisinin zorla devrilməsi, həbsi, yaxud mühakiməsi isə heç də asan məsələ olmayacaq və beynəlxalq qınağa tuş gələcək. Hərgah, bu, artıq bizim yox, sırf qonşu ölkənin problemi olacaq. Görək, fələk Nikol Vovayeviç üçün NƏ yazıb...Zahid SƏFƏROĞLU
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-10-2026