Ağ Ev Rusiya enerjisi ilə Ukraynanı "yandırır": ABŞ Kiyevin əsas silahını əlindən alır, Kremlə isə "nəfəslik" verir
Tarix: 10-10-2026 | Saat: 20:22
Bölmə:Dünya | çapa göndər

Tramp-Putin sövdələşməsi reallaşdırılarsa, Rusiya ABŞ-ın sayəsində əlavə "nəfəslik" qazanmaq şansına malik olacaq... Rəsmi Kiyev isə Rusiyaya qarşı ən effektiv hərbi strategiyasını qorumağa çalışarsa, Ukrayna əsas müttəfiqini itirmək təhlükəsi ilə üzləşəcək...
ABŞ-ın Rusiya ilə dizel yanacağı anlaşması Ukrayna müharibəsində yeni siyasi gərginlik yarada bilər. Enerji qiymətlərini azaltmağa çalışan ABŞ prezidenti Donald Tramp Rusiya ilə əməkdaşlığı genişləndirməyə çalışır. Bu, Kremlə əlavə gəlir əldə etmək və Ukraynanın Rusiyada enerji infrastrukturuna zərbələrinin təsirini azaltmaq imkanı qazandıra bilər.
Bütün bunlara paralel olaraq, Ağ Evin ABŞ-da ölkədaxili enerji böhranını yumşaltmaq üçün Ukraynanın Rusiyaya qarşı hərbi strategiyasına sərt müdaxilə etməyə çalışacağı da artıq qətiyyən istisna deyil. Çünki prezident Donald Tramp Ukraynanın Rusiyada enerji infrastrukturuna hərbi zərbələri dayandıracağı təqdirdə, Kremlin dünya bazarlarına ümumilikdə 4,8 milyon tona yaxın dizel yanacağı çıxara biləcəyini açıqlayıb.
Digər tərəfdən, ABŞ-ın Maliyyə Nazirliyinin müəyyən şərtlərlə Rusiya dizelinin ticarətinə imkan verən müvəqqəti lisenziya təqdim etdiyi, məhdudiyyətlərin isə 2027-ci ilin aprelinədək yumşaldıldığı bildirilir. Çünki ABŞ-da dizelin bahalaşması bu ölkədə kənd təsərrüfatı, yükdaşımalar və ərzaq qiymətlərinə ciddi şəkildə təsir göstərir. Üstəlik, ABŞ-da keçiriləcək aralıq seçkiləri ərəfəsində bu, Tramp administrasiyası üçün kəskin siyasi problemə çevrilir. Yaxın Şərqdəki müharibə və Hörmüz boğazı ətrafındakı təhlükəsizlik riskləri də enerji təchizatını daha da çətinləşdirir.
Ona görə də, hazırda Rusiya enerji resurslarının dünya bazarlarına qaytarılması ABŞ üçün kəskinləşən qiymət təzyiqlərini nisbətən azaltmaq baxımından, ən effektiv variant hesab olunur. Ancaq Ağ Evin bu addımları Rusiyanın enerji gəlirlərini məhdudlaşdırmağa yönəldilmiş sanksiya siyasətindən geri çəkilmə kimi də qiymətləndirilə bilər. Və üstəlik, prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə bu barədə son anlaşmasının ABŞ-ın Ukrayna ilə münasibətlərinə də neqativ təsir göstərə biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Avropa Birliyinin sərt sanksiyaları ilə yanaşı, Ukraynanın Rusiyada enerji infrastrukturuna dağıdıcı zərbələri Kremlə olduqca baha başa gəlir. Belə ki, Ukrayna Rusiyanın neft emalı zavodlarını, yanacaq anbarlarını və enerji logistikasını hədəfə alaraq, Kremlin hərbi iqtisadiyyat potensialını ciddi şəkildə zəiflətməyə çalışır. Və son məlumatlara görə, rəsmi Kiyev bu istiqamətdə qarşıya qoyulan məqsədlərə böyük ölçüdə çatmış kimi görünür.
Maraqlıdır ki, "Financial Times" nəşrinin məlumatına görə, Ukraynanın dağıdıcı hücumları və təchizat problemləri Rusiyanın dizel ixracını bu il təxminən 40 faiz azaldıb. "Associated Press" isə Beynəlxalq Enerji Agentliyinə istinadla, Rusiyanın dizel istehsalında təxminən 30 faizlik azalma olduğunu bildirib. Belə vəziyyətdə ABŞ-ın Rusiya yanacağının satışını asanlaşdırmağa çalışması Kremlin maliyyə itkilərini qismən də olsa, kompensasiya etməsinə şərait yarada bilər. Halbuki, ixracın bərpası Kremlə əlavə enerji gəlirləri qazandırsa da, real tədarükün həcmləri Rusiyanın istehsal və logistika imkanlarından birbaşa asılı olacaq.
Ona görə də, Tramp-Putin sövdələşməsindən sonra indi belə anlaşılır ki, Ağ Ev Kremlin dünya bazarlarına dizel tədarükünü artırmasını istəyir. Ancaq Ukraynanın Rusiyada neft emalı zavodlarına hücumları Ağ Ev və Kremlin bu barədə planlarının reallaşdırılmasını ciddi şəkildə çətinləşdirə bilər. Ona görə də, Ağ Evin rəsmi Kiyevdən Rusiyanın enerji infrastrukturuna hərbi zərbələri məhdudlaşdırmağı tələb edə biləcəyi qətiyyən istisna deyil. Və ABŞ-ın bu məqsədlə rəsmi Kiyevə qarşı təzyiqləri Ukraynaya hərbi yardım, xüsusilə də, kəşfiyyat dəstəyi ilə bağlı məsələlərə də birbaşa toxuna bilər.
Ancaq Tramp-Putin anlaşmasından sonra Ağ Evin Ukraynadan Rusiyanin enerji infrastrukturuna hərbi zərbələri dayandırmağı tələb etdiyini təsdiqləyən hər hansı məlumat hələlik yoxdur. Rəsmi Kiyev üçün həmin hücumlar Rusiyanın müharibə iqtisadiyyatını mümkün qədər zəiflətməyin əsas vasitələrindən biridir. Halbuki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yumşaltması bu Ukraynanın bu strategiyasının təsirini ciddi şəkildə azalda bilər. Bununla belə, ABŞ ilə açıq siyasi qarşıdurma rəsmi Kiyev üçün Ağ Evin Ukraynaya yönəlik hərbi və diplomatik dəstəyini böyük risk altına sala bilər.
Təbii ki, Rusiyadan əlavə enerji tədarükü dünya bazarlarında yanacaq qiymətlərini aşağı sala bilər. Ancaq bunun üçün əvvəlcədən nəticə zəmanəti vermək də qətiyyən deyil. Çünki qlobal enerji bazarlarına Yaxın Şərqdəki müharibə, daşınma xərcləri və təchizat riskləri də birbaşa təsir göstərir. Üstəlik, Rusiyanın ABŞ-a göndərəcəyi yanacaq, əvvəl başqa ölkələrə satılan məhsulun hesabına təmin edilərsə, onda digər bazarlarda da enerji böhranı yarana bilər.
Ona görə də, "Associated Press" iqtisadçı ekspertlərə istinadla Tramp-Putin anlaşmasının dünya üzrə dizel qiymətlərinə uzunmüddətli perspektivdə necə təsir edəcəyinin hələlik qeyri-müəyyən olduğunu iddia edir. Bu baxımdan, Tramp-Putin anlaşması hələlik yalnız ABŞ-ın ölkədaxili iqtisadi maraqları ilə Qərbin Rusiyaya qarşı sanksiya siyasəti arasındakı kəskin ziddiyyətləri üzə çıxarır. Və ən əsası isə Rusiya ixrac gəlirlərini artırmaq, eləcə də, Qərbin mövqeyindəki kəskin ziddiyyətlərdən yenidən yararlanmaq imkanı qazanmış olur.
Belə anlaşılır ki, Ukraynanın Rusiyada enerji infrastrukturuna zərbələrlə Rusiyanın hərbi iqtisadiyyat potensialını zəiflətmək strategiyası hazırda böyük risk altına düşməyə başlayıb. Çünki Ağ Ev yanacaq qiymətlərini azaltmaq üçün Rusiyaya qarşı təzyiqləri yumşaltmağa üstünlük verir. Əgər, Ağ Ev buna paralel olaraq, həm də rəsmi Kiyevin Rusiyaya hərbi zərbələrini məhdudlaşdırmağa çalışsa, onda ABŞ-Ukrayna münasibətlərində yenidən gərginlik mərhələsi başlaya bilər.
Bu halda isə Rusiya ABŞ-ın sayəsində əlavə "nəfəslik" qazanmaq şansına malik olacaq. Rəsmi Kiyev isə Rusiyaya qarşı ən effektiv hərbi strategiyasını qorumağa çalışarsa, Ukrayna ABŞ-ın timsalında əsas müttəfiqinin dəstəyini tamamilə itirmək təhlükəsi ilə üzləşəcək. Və belə olacağı təqdirdə isə ABŞ-ın Rusiya enerji resursları ilə Ukraynanın gələcək taleyinə "od vurub, yandırmasından" danışmaq lazım gələcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-10-2026