Göydəniz Qəhrəmanov: “Azərbaycanın geoiqtisadi imkanlarının Mərkəzi Asiyanın potensialı ilə uzlaşdırılması yeni imkanlar açır”
Tarix: 11-10-2026 | Saat: 00:17
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə tamhüquqlu üzv kimi iştirakı regionla münasibətlərdə formalaşmış yeni reallığın ifadəsidir. Ötən ilin noyabrında qəbul edilən qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın bu platformada ortaq maraqların formalaşmasına töhfə verən etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Türkmənistanın təşəbbüsü ilə məsələnin ötən ilin avqustunda Avazada gündəmə gətirilməsi qarşılıqlı etimadın göstəricisidir.Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycan üçün Mərkəzi Asiya ilə münasibətlərin daha da güclənməsi, siyasi və iqtisadi maraqları birləşdirən bütöv əməkdaşlıq məkanıdır. Ötən il ticarət dövriyyəsinin 50 faizdən çox artması, ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi bu prosesin real nəticələr verdiyini göstərir.”
Millət vəkili Göydəniz Qəhrəmanov bunları aia.az-a açıqlamasında deyib.
Parlament üzvü əməkdaşlığın yeni mərhələsinin mühüm xüsusiyyətinin qarşılıqlı ticarətlə kifayətlənməmək, birgə istehsal və investisiyanı genişləndirməkolduğunu diqqət mərkəzinə çəkib:“Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondlardan fəal istifadə yeni müəssisələrin yaradılmasına, sənaye kooperasiyasına və birgə məhsulların xarici bazarlara çıxarılmasına şərait yarada bilər. Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşmasının əsas dayaqlarından biri nəqliyyat bağlantılarının genişlənməsidir. Xəzər dənizi burada coğrafi ayırıcı deyil, iqtisadi əlaqələndirici rol oynayır. Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr Mərkəzi Asiyanın beynəlxalq bazarlara çıxışını genişləndirir. Orta Dəhliz üzrə tranzit yükdaşımaların ötən il 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artması marşrutun əhəmiyyətini göstərir. “Rəqəmsal İpək Yolu” isə bu bağlantını rəqəmsal müstəvidə də gücləndirir. Energetika sahəsində də Azərbaycan regional imkanları birləşdirən mühüm mərkəzə çevrilir. Türkmənistan və Qazaxıstan neftinin ölkəmiz üzərindən nəqli Azərbaycanın enerji xəritəsindəki rolunu artırır. Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər isə gələcəyin enerji gündəliyinə hesablanıb. Beləliklə, Azərbaycan ənənəvi enerji tranzitindəki mövqeyi ilə yanaşı, yeni enerji arxitekturasının qurulmasında da iştirak edir.”
Deputat daha sonra fikirlərini davam etdirərək bildirib ki, Azərbaycan ilə Orta Asiya dövlətlərimünasibətlərinin siyasi və mənəvi dayaqları da getdikcə möhkəmlənir: “Qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivliyi siyasi dialoqun dərinliyini göstərir. Humanitar əməkdaşlıq isə əlaqələrin daha geniş ictimai məzmun qazandığını nümayiş etdirir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəbi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəbi, Türkmənistanın Füzulidə məscid tikintisinə dəstəyi qardaş ölkələrin bərpa prosesinə əməli və mənəvi töhfəsidir. Türkmənbaşı görüşündə imzalanmış Birgə Bəyanat və tənzimləyici sənədlər haqqında Qərar əməkdaşlığın təşkilati əsaslarını möhkəmləndirir. Bu, siyasi iradənin sistemli mexanizmlərlə müşayiət olunduğunu göstərir. Nəticədə Azərbaycan-Mərkəzi Asiya münasibətləri nəqliyyat, enerji, investisiya, rəqəmsal bağlantı və humanitar əlaqələri birləşdirən çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti Azərbaycanın bu prosesdə fəal və təşəbbüskar mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın geoiqtisadi imkanlarının Mərkəzi Asiyanın potensialı ilə uzlaşdırılması yeni imkanlar açır. Buna görə Türkmənbaşı görüşü Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin keyfiyyətcə yeni mərhələsinin təsdiqi kimi qiymətləndirilə bilər. Qarşıdakı dövrdə əsas məsələ layihələri zənginləşdirmək, ortaq investisiyaları artırmaq və regionun sabit inkişafına birgə töhfə verməkdir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-10-2026
10-10-2026