Mobil versiya
Azərbaycan Ukraynaya növbəti dəfə humanitar yardım göstərəcək
Tarix: 05-02-2025 | Saat: 16:15
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycan Ukraynaya növbəti dəfə humanitar yardım göstərəcək

Prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında Sərəncam imzalayıb.

aia.az xəbər verir ki, Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılmalıdır

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir. Son illər Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən bu ölkəyə bir neçə dəfə humanitar yardım göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025