Deputat tələbələrlə görüşüb -Fotolar
Tarix: 02-02-2025 | Saat: 12:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
2 Fevral – Gənclər Günü ərəfəsində Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşüm baş tutdu.
Səmimi ab-hava şəraitində keçən görüşdə gənclərə Ulu Öndər Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi dövrlərdə gənclər siyasətində atdığı əmin və uzaqgörən addımlar barədə məlumat verdim. Bildirdim ki, məhz Ümummilli liderin təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildə ilk dəfə Azərbaycan gənclərinin forumu keçirildi, 1997-ci ildə isə 2 Fevral – Gənclər Günü kimi təsdiq edildi.
Çıxışım zamanı qeyd etdim ki, Ulu Öndərin layiqli davamçısı, ölkə başçımız cənab İlham Əliyev daim gənclərin milli və vətənpərvər ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında formalaşdırılmasına çağırışlar edir, gənclər siyasətində ölkəmizi yüksək nəiliyyətlərə aparan addımlar haqda danışdım. Bunun nəticəsidir ki ölkə başçısının tapşırığı ilə gənclər siyasəti ilə bağlı bir çox Dövlət Proqramları uğurla icra edilir.
Onu da qeyd etdim ki, Birinci-vitse prezident Mehriban xanım Əliyeva istər ictimai-siyasi fəaliyyətində, istərsə də Heydər Əliyev Fondunun prezidenti olaraq gənc nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır.
Görüşdə tələblərin sosial həyatları və ixtisasları barədə söhbətlər apardıq, onların suallarını cavablandırdım, təkliflərini dinlədim. Sonda bir daha əziz gənclərimizi 2 Fevral – Gənclər Günü münasibətilə təbrik etdim, onlara təhsillərində müvəffəqiyyətlər arzuladım.
Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025