Mobil versiya
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
Tarix: 24-01-2025 | Saat: 16:53
Bölmə:Siyasət | çapa göndər

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri Sadiq Qurbanov yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər diləyib. O, iclasın gündəliyinə 5 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.
Komitə sədri, əvvəlcə, gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, 18 məsələ müzakirəyə çıxarılıb. Sadiq Qurbanov, ötən sessiya dövründə müzakirəyə çıxarılan bir sıra qanun layihələrinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu dövr ərzində 5 qanun layihəsi üç oxunuşda, 3 qanun layihəsi isə bir oxunuşda qəbul edilib.
Qeyd olunub ki, payız sessiyası dövründə komitə sədri və üzvləri xarici ölkələrdə və parlamentdə keçirilən beynəlxalq tədbirlərdə, görüşlərdə, o cümlədən COP29 çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak ediblər, KİV-lərdə və sosial şəbəkələrdə aktiv çıxış ediblər. Eyni zamanda bildirilib ki, hesabat dövründə komitəyə daxil olan 164 müxtəlif xarakterli müraciət araşdırılaraq müvafiq qurumlara yönləndirilib. Payız sessiyası ərzində komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, vətəndaş qəbulları təşkil edərək onların ərizə və şikayətlərinin həlli istiqamətində tədbirlər görüblər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2025-ci ilin yaz sessiyası üçün 13 bənddən ibarət iş planının layihəsini təqdim edən komitə sədri qeyd edib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimai dinləmələrin təşkili və digər məsələlər nəzərdə tutulub.
Sonra komitə sədri Sadiq Qurbanov gündəlikdəki qanun layihələrini təqdim edib.
“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə danışan komitə sədri bildirib ki, sənəd üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Keçən ilin noyabr ayında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dövlət başçıları tərəfindən imzalanan bu sənəd Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı üçün yeni imkanlar açır və yaşıl, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin edilməsi və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ilə bağlı isə qeyd olunub ki, Mərkəzin yaradılması, üzv dövlətlərin bərpa olunan enerji və enerji səmərəliliyinin təşviqi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və davamlı enerji həllərinin inkişafı sahəsindəki birgə səylərini əks etdirir. Mərkəz dayanıqlı enerji layihələrini həyata keçirmək, texniki dəstək göstərmək və qlobal enerji məsələləri ilə bağlı bilik və məlumatlılığı artırmaq məqsədi güdür. Azərbaycanın bu Mərkəzə ev sahibliyi etməsi, regional və qlobal səviyyədə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, strateji təşəbbüslərin həyata keçirilməsinə, innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsinə və ekoloji davamlılığın artırılmasına əhəmiyyətli töhfə olacaq.
Sonra millət vəkilləri gündəlikdəki cari məsələləri müzakirə ediblər.
Müzakirələr zamanı komitə sədrinin müavini Fatma Yıldırım, komitənin üzvləri Naqif Həmzəyev, Vüqar Rəhimzadə, Eyvaz Qurbanov, Rövşən Muradov, Afət Həsənova, Asif Əsgərov və Nigar Arpadarai çıxış edərək payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər, yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini müsbət qiymətləndiriblər. Deputatlar müzakirəyə çıxarılan məsələlərlə bağlı çıxış ediblər, qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin yekununda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib. Qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda deputat Bədəl Bədəlov və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025