Azarkeşlər "Neftçi"ni ziyana saldılar
Tarix: 31-01-2017 | Saat: 17:41
Bölmə:İdman / Karusel | çapa göndər
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Aia.Az Trend-ə istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 15-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Yanvarın 28- Premyer Liqanın XV turunun "Qəbələ" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Yanvarın 29-da Premyer Liqanın XV turunun "Qarabağ" - "Neftçi" matçı ilə bağlı isə aşağıdakı qərarlar qəbul edilib:
- Oyunun 20-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur;
- Oyunun 67-ci dəqiqəsində "Neftçi" klubunun 17 №-li futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur;
- Oyun bitdikdən sonra müəyyən olunub ki, "Neftçi" klubunun azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq, "Qarabağ" FK klubunun təqdim edəcəyi məbləğ "Neftçi" klubu tərəfindən ödəniləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-11-2024
13:35 8 noyabr Zəfər günüdür
07-11-2024