Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Tarix: 23-01-2025 | Saat: 13:12
Bölmə:Gündəm | çapa göndər
Yanvarın 23-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan komitə sədri Tahir Rzayev iclasın gündəliyinə 2 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə gündəliyin birinci məsələsini - Milli Məclisin Aqrar siyasət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 10 iclası keçirilib və həmin iclaslarda digər məsələlərə baxılmaqla yanaşı, 8 qanun layihəsi qəbul edilib.
Payız sessiyası dövründə komitə sədri və üzvləri bir sıra tədbirlərdə, görüşlərdə, o cümlədən COP29 çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər, mütəmadi olaraq şəhid ailələrinin üzvləri, qazilər və seçicilərlə görüşüblər. Hesabat dövründə komitəyə daxil olmuş 50-yə yaxın ərizə, məktub və müxtəlif xarakterli sənədlərə baxılıb və müvafiq tədbirlər görülüb.
Aqrar siyasət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə Tahir Rzayev bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, bir sıra qanunlara dəyişikliklər edilməsi, həmçinin aqrar sahəyə dair müvafiq qurumlarla görüşlərin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Razi Nurullayev, komitə üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, Vüqar İskəndərov və Aydın Hüseynov çıxış ediblər, qeyd və təklifləri bildiriblər.
İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
İclasda deputat Xanlar Fətiyev və digər rəsmi şəxslər də iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025