Mobil versiya
““Qarabağ” – “Neftçi” oyunundakı penalti gülməlidir” - Roman Qriqorçuk
Tarix: 31-01-2017 | Saat: 11:24
Bölmə:İdman | çapa göndər

““Qarabağ” – “Neftçi” oyunundakı penalti gülməlidir” - Roman Qriqorçuk








"İştirak etmədiyin oyunları müzakirə etmək istəmirsən. "Qarabağ" - "Neftçi" matçını izləyərkən adamda ümumi bu cür təəssürat yarandı ki, hakimliklə bağlı belə hallar təkrarlanarsa, Azərbaycan çempionatı digər insanların gözündən düşəcək".

“AIA.az” xəbər verir ki, bu fikirləri sportnet.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bildirib.

Azərbaycan Premyer Liqasının son turunun mərkəzi qarşılaşması olan "Qarabağ" - "Neftçi" matçında baş hakim Ramil Diniyevin idarəçiliyinə toxunan ukraynalı mütəxəssis səhvlərin qarşısının alınmasının vacibliyindən danışıb: "Əks halda, bizim də iştirakçısı olduğumuz Premyer Liqaya başqa cür baxacaqlar. Buna görə də belə anların bir daha olmamasına çalışmalıyıq. Çünki bu cür səhvlər bütün çempionat üçün rüsvayçıdır. Ona görə də təcili bunun qarşısını almaq lazımdır. Əks halda, Azərbaycan Premyer Liqasının nüfuzu aşağı səviyyəyə düşəcək. Bu zaman çempionatın nüfuzunun yüksəlməsindən söhbət gedə bilməcəyək. Hər şey əks istiqamətə gedəcək".

Qrqiorçuk, konkret olaraq, Diniyevin "Neftçi"nin qapısına təyin etdiyi və "Qarabağ"ın məğlubiyyətdən yaxa qurtardığı penalti epizodlarına da toxunub: "Əslində, oyundakı hakim qərarlarını müzakirə etmək istəməzdim. Ancaq siz soruşdunuzsa, cavabımı belə verim: Hesab edirəm ki, əllə oyuna görə təyin olunan penalti heç cür penalti deyil. Mən müzakirə mövzusu olan digər epizodlardan heç danışmaq istəmirəm. Belə penalti vermək gülməlidir. Bu epizoddakı hakim qərarını görən bütün insanlar güləcəklər. Belə səhvlər təkrarlansa, artıq bütün çempionata güləcəklər".

Ukraynalı baş məşqçi 1 ay öncə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları, FİFA referisini Rəhim Həsənovun səhvləri olan matçı xatırlayıb: "Həmin oyunda hakimlikdən çox narazı idik. Biz belə baxmalı deyilik ki, bu səhvlər sadəcə, təsadüfdür. Onların təsadüf olmadığına əminəm. Biz bütün tədbirləri görməliyik ki, belə hakim səhvləri birdəfəlik aradan götürülsün".

Peşəkarlığı əsas götürən heç bir klub belə hakim səhvləri ilə qalib gəlmək, mövsümdə böyük uğurlar qazanmaq istəməz. Qriqorçuk bu fikri dəstəklədiyini söyləyib: "Şəxsən mən heç istəmərəm ki, xeyrimizə belə hakim səhvləri olsun, belə penaltilər təyin edilsin. Yaxud çempionatda digər hansısa böyük uğura belə səhvlərin nəticəsində nail olmağı qətiyyən istəmərəm. Mən başa düşürəm ki, bu, heç bir kluba lazım deyil. Çünki elə mənfur bir şeydir ki, sonra insanlar səni qınayacaqlar. Sən uğur qazanırsan, ancaq həmin epizodlar, hakim səhvləri xatırlanır. Bu zaman istənilən adama xoş olmayacaq".

Maraqlıdır, Diniyev "Qəbələ"nin qarşıdakı oyunlarına təyinat alsa, ukraynalı mütəxəssisin mövqeyi necə olacaq, buna etiraz edəcəkmi? "Uzun müddətdir əleyhimizə çox hakim səhvi olub. Biz də buna etirazımızı bildirmişik. Sadəcə, müraciət edirik ki, referilərin belə səhvləri bir daha təkrarlanmasın. Qoy, hamı hakimlik etsin. Mən başa düşürəm ki, onlar hakimlik etməli, öyrənməli, daha yüksək səviyyəyə çıxmalıdırlar. Mən də hakimlərə buna nail olmalarını, işlərində uğurlar arzulayıram. Belə səhvlər isə aşağı səviyyə yox, sadəcə, biabırlıçıqdır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024