Builki 1-ci siniflər üçün kiçik summativlər keçirilməlidir? - RƏSMİ CAVAB
Tarix: 31-10-2018, 14:04 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Builki 1-ci siniflər üçün kiçik summativlər keçirilməlidir? - RƏSMİ CAVAB


Məktəbdaxili qiymətləndirmənin yeni qaydaları təsdiqlənmədiyindən, 1-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmələr (KSQ) keçirilməlidir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmənin yeni qaydaları artıq Təhsil Nazirliyinin kollegiyası tərəfindən təsdiqlənib. Hazırda sənəd Ədliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir.

E.Əmrullayev bildirib ki, bu sənəddə kiçik summativ qiymətləndirmələrlə bağlı dəyişikliklərin edilməsi təkcə 1-ci siniflər üçün nəzərdə tutulur: "1-ci siniflərdə kiçik summativlərin ləğvi nəzərdə tutulur. Bu sənəd əsasən müəyyən fənlər üzrə böyük summativ qiymətləndirmələrin (BSQ) sayının azaldılmasını nəzərdə tutur. Böyük summativlər isə tədris ilinin yarımilinin sonunda keçirilir. Gözləyirik ki, sənəd yaxın vaxtlarda təsdiq olunacaq. Yalnız bundan sonra sənəd hüquqi normativ status alacaq və təhsil ictimaiyyəti bununla bağlı məlumatlandırılacaq. Yeniliklə bağlı bir müddət əvvəl ictimaiyyəti məlumatlandırmışıq və müsbət reaksiya olub".

aia.azшаблоны для dle 11.2



557 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}